Qida sənayesi və ictimai iaşə sektorunun forumu

Bu gün KOBİA-nın dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı, qida və ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının iştirakı ilə biznesin pandemiya dövründə qarşılaşdığı çətinliklər və post-pandemiya dövrü üçün təkliflər, problemlər müzakirə edilmişdir.
“Food CERT” şirkətinin rəhbərliyi forumda öz təklifləri ilə çıxış etmişdir.