"Food CERT" şirkəti Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuralarının iclasında təmsil olunmuşdur
Aprelin 26-da Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının növbəti iclası keçirilib.
Hər iki ölkədən dövlət rəsmilərinin və iş adamlarının iştirakı ilə təşkil olunmuş onlayn iclasda Azərbaycan və Rusiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kiçik və orta biznes (KOB) sahəsində mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İclasda "Food CERT" şirkətinin rəhbəri Elmar Cəmilov təmsil olunub.